Bu ilin yanvar-mart aylarında Şimal-Şərqi Asiya ölkələrindən (Çin, Yaponiya, Cənubi Koreya və Monqolustan) Azərbaycana 11,6 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin mart ayında qeyd edilən regiondan gələnlərin sayı təqribən 4 min nəfər təşkil edib. Bu, 2025-ci ilin mart ayının göstəricisini 11 faiz üstələyir.