"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2026.06.08 13:20 (UTC+04:00)

- Dələduzların yeni tələsi - vergi borcunu endirimlə ödəmək təklif olunur. Dövlət Vergi Xidməti vətəndaşları diqqətli olmağa çağırır.

- Mərkəzi Bankın yeni qərarı qüvvəyə - sahibkarların POS-terminal xərcləri azalır. Bu dəyişiklik vətəndaşlara verilən bonuslarda hiss olunacaqmı?

- İqlim dəyişiklikləri meyvə ağaclarına ziyan vurub. Bəs vətəndaş həyətyanı sahəsindəki ağacları sığortalaya bilərmi? Bunun üçün əsas şərt nədir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 7 iyun 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı, Paşa Bankın Maliyyə İnstitutları üzrə Baş Analitiki Şikarə Namazova Günel Bəhramqızının suallarını cavablandırıb.