Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb

2026.06.08 11:34 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

2026-cı ilin yanvar – may ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175,0 min manat təşkil edib.