Qeyri-üzvi kimyəvi maddələrin istehsalında artım var

2026.06.08 10:35 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 9,17 min ton qeyri-üzvi kimyəvi maddələr istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq göstəricisi ilə müqayisədə istehsal həcmi 45,3 faiz artıb.

Cari ilin may ayının 1-nə hazır məhsul ehtiyatı təqribən 6 min ton təşkil edib.