KOBİA iyun ayında sahibkarlar üçün silsilə görüşlər təşkil edəcək

2026.06.05 17:36 (UTC+04:00)

İyun ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün oflayn və onlayn formatlarda görüşlər keçiriləcək.

Bakı, Qəbələ, Quba, Beyləqan, Laçın, Astara, Şəmkir şəhərlərini və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunu əhatə edən tədbirlərdə bir sıra aktual iqtisadi mövzular müzakirə olunacaq.
Görüşlər əsasən heyvandarlıq, arıçılıq, turizm, Azərbaycanda investisiya imkanları, ticarət və xidmət, idxal-ixrac əməliyyatları, həmçinin çayçılıq, sitrusçuluq, çəltikçilik və ümumi sahibkarlıq imkanları sahələrinə həsr ediləcək. Tədbirlər çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarlara sahəvi istiqamətlər üzrə ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Təşkil olunacaq sahəvi görüşlərlə bağlı ətraflı məlumatla KOBİA-nın rəsmi səhifəsindən tanış olmaq olar: https://shorturl.at/bVbO7