Yanvar-aprel aylarında 32,5 milyon dollarlıq alma ixrac edilib

2026.06.05 14:36 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədən 32,5 milyon ABŞ dolları dəyərində 40,7 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 22,5 faiz, həcmi isə 5 faiz artıb.

Cari ilin ilk dörd ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,27 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,69 faizə bərabər olub.