Bakıda TDT-yə üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçirilir

2026.06.04 16:59 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısı keçirilir.

AMB-nin məlumatına görə, toplantıda Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndə heyətləri iştirak edir.

Mərkəzi Bankın sədri Taleh Kazımov bu toplantının Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyinə dair inamını ifadə edib.