Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

2026.06.04 11:50 (UTC+04:00)

İyunun 6-7-də paytaxtda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, tədbirdə 20-ə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Onlar 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu birbaşa satışa çıxaracaqlar.

Satışa təqdim olunan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.

Yarmarka 2 gün müddətində, saat 09:00–19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.