Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 2,2 milyon ABŞ dolları dəyərində 259 tondan çox çay ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 12,1 faiz, həcmi isə 15,5 faiz artıb.
Cari ilin ilk dörd ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,02 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,05 faizə bərabər olub.