Əczaçılıq məhsullarının istehsalında artım var

2026.06.03 15:09 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycanda 9,1 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 34,3 faiz artıb.

Cari ilin ilk dörd ayında 4 188,2 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 1,5 faiz çoxdur. Bu ilin may ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 560,9 min manatlıq hazır məhsul ehtiyatı olub.