Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

2026.06.02 14:32 (UTC+04:00)

Prezident İlham Əliyev “ Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında” Fərman imzalayıb.

Kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahələrdə həyata keçirilən fəaliyyətin optimallaşdırılması və dövlət nəzarətinin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılsın.