“Bakı Enerji Həftəsi” çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüş zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektor arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
-----
12:56
“Bakı Enerji Həftəsi” çərçivəsində ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Orr ilə görüşümüzdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetlərini, ticarət, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər sahələrdə birgə fəaliyyətin perspektivlərini müzakirə etdik. Regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından əhəmiyyətini, Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərqi birləşdirən etibarlı platforma kimi mövqeyinin gücləndirilməsi istiqamətində əməkdaşlıq potensialını vurğuladıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.