Bu ilin yanvar-mart aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 21,2 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin mart ayında qeyd edilən regiondan gələnlərin sayı 6,9 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin mart ayına nisbətdə 21 faiz çox, cari ilin fevral ayına nisbətdə isə 7,5 faiz azdır.
2026-cı ilin mart ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə: