2026-cı ilin may ayında Azərbaycanda pul bazası 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 16,8 faiz artaraq 24 105,6 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin aprel ayına nisbətdə pul bazasında 3,4 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 22 470,2 milyon manat olub.