2026-cı ilin may ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 14,6 faiz artaraq 12 712,4 milyon ABŞ dolları təşkil edib.
AMB-nin hesabatına əsasən, cari ilin aprel ayına nisbətdə valyuta ehtiyatlarında 0,2 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2025-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 514,9 milyon dollar təşkil edib.