İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın energetika naziri ilə görüşüb

2026.06.01 18:44 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüş keçirib.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin perspektivləri müzakirə edilib. Enerji, ticarət, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər biznes əlaqələrinin gücləndirilməsi üçün mövcud potensialı dəyərləndirərək ikitərəfli tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.