"Bakı Enerji Həftəsi" çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşdə Azərbaycan – Almaniya iqtisadi tərəfdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə etdik.
Ticarət, investisiya, KOB-ların inkişafı, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş potensialını vurğuladıq. Buznes dairələri arasında əlaqələrin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş təşəbbüsləri, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirdik.
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması potensialını, biznes əlaqələrimizin dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində Birgə Niyyət Bəyannaməsinin əhəmiyyətini qeyd etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.
