Uşaq məhsullarına dair yeni dövlət standartları qəbul edilib

2026.06.01 17:48 (UTC+04:00)

Azərbaycan Standartlaşdırma İnstitutu uşaq mallarının təhlükəsizliyini təmin etmək və beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə 25 yeni dövlət standartı qəbul edib.

İnstitutun məlumatına görə, 2026-cı il indeksli bu sənədlər əsasən elektrikli və boyalı oyuncaqların təhlükəsizliyini, oyun meydançaları ilə zərbəuducu örtüklərin keyfiyyətini, uşaq bezlərinin texniki şərtlərini, eləcə də məktəb və bağçalarda istifadə olunan mebellərin funksional ölçülərini tənzimləyir. Yeni standart layihələri müvafiq Texniki Komitələrin təqdimatı əsasında təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.