Yanvar-aprel aylarında 14,8 milyon dollarlıq tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib

2026.06.01 19:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 14,8 milyon ABŞ dolları dəyərində 8,6 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 22,1 faiz, həcmi isə 8,1 faiz artıb.

Cari ilin ilk dörd ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,32 faizə bərabər olub.