Lüksemburqla ticarət dövriyyəsi kəskin artıb

2026.06.01 11:46 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Lüksemburqla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 79,2 dəfəyədək artaraq 21,5 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Lüksemburqla ticarətin payı 0,12 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi