Endirim vaxtı alınmış qeyri-qida malını dəyişdirmək olarmı?

2026.05.26 14:01 (UTC+04:00)

Endirim vaxtı alınmış qeyri-qida malını dəyişdirmək olarmı? Suala Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirib.

Agentlikdən bildirilib ki, endirimli malların dəyişdirilməsi ilə bağlı ümumi qaydalarda məhdudiyyət nəzərdə tutulmayıb: “Belə ki, lazımi keyfiyyətli qeyri-qida malı (dəyişdirilməli olmayan mallar istisna olmaqla) öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə, malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində uyğun mala dəyişdirmək hüququ vardır”.