İşğaldan azad edilmiş ərazilərdə növbəti investisiya müsabiqəsi elan edilib

2026.05.26 11:54 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi üzrə müraciətlərin qəbuluna başlanılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd (1225 ha), Xocalı (40 ha), Cəbrayıl (235 ha), Füzuli (455 ha), Qubadlı (73 ha) və Laçın (2 ha) rayonlarında yerləşir. İnvestisiya layihəsinin istiqaməti bağçılıq və heyvandarlıq sahələrini əhatə edir.