Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə biznes əməkdaşlığı” proqramı (Partnering in Business with Germany) çərçivəsində növbəti müsabiqə elan edib.
Agentliyin məlumatına görə, “Yaşıl iqtisadiyyat” mövzusunda təşkil olunan müsabiqənin proqramı sahibkarlar və şirkətlərin menecerləri üçün nəzərdə tutulur.
Müsabiqə ilə bağlı əlavə məlumatla KOBİA-nın səhifəsindən (https://smb.gov.az/az/all-news/elan-18) tanış olmaq olar.