Bu ilin yanvar-aprel aylarında ölkədən 32,7 milyon ABŞ dolları dəyərində 81,4 min tondan çox neft koksu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,1 dəfə, həcmi isə 1,7 dəfə artıb.
Cari ilin ilk dörd ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,28 faizə bərabər olub.