Bu ilin aprel ayının 30-na ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 57 355,8 milyon manat, cəmi öhdəlikləri 49 695,5 milyon manat, balans kapitalı isə 7 660,3 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ümumilikdə cari ilin yanvar-aprel aylarında banklar 438,5 milyon manat xalis mənfəət, 658,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu dövrdə banklar tərəfindən 104,2 milyon manat məbləğində mənfəət vergisi ödənilib.