“MET-AK” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.
Agentliyin məlumatına görə, investisiya dəyəri 16,3 milyon manat olan layihə çərçivəsində şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.