"İqtisadi zona" proqramının növbəti buraxılış VİDEO

2026.05.25 15:53 (UTC+04:00)

- “Ödənişi edin, ƏDV-ni sonra maliyyə şöbəsindən alarsınız” — bəzi xidmət müəssisələrində, xüsusilə özəl xəstəxanalarda vətəndaşların üzləşdiyi bu yanaşma qanunvericiliyə uyğundurmu?

- Bakıdan Tbilisiyə qatar səfərləri başlayır. Açıqlanan qiymətlər dəyişə bilərmi? Bu qiymətə nələr daxildir?

- Cənub bölgəsində mövsümün ilk çay yığımı aparılır. Mayda toplanan çay niyə bu qədər dəyərli hesab olunur?

- Təkcə Bakıda yox, bölgələrdə də torpaq bahalaşıb. Qiymət artımının səbəbi nədir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 24 may 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Günel Bəhramqızının suallarını cavablandırıb.