Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2026.05.25 17:33 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 20,7 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin mart ayında qeyd edilən regiondan gələnlərin sayı 7,8 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin mart ayına nisbətdə 3,7 faiz, cari ilin fevral ayına nisbətdə isə 15,4 faiz çoxdur.

2026-cı ilin mart ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:

Ukrayna
Belarus
Polşa
Macarıstan
Moldova