2025-ci il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 18 sahibkarlıq subyekti tərəfindən idxal olunan 60 çeşiddə qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.
Dövlət Agentliyinin məlumatına görə, bundan əlavə, Azərbaycan dilində zəruri məlumatların, eləcə də yararlılıq müddətlərinin ətriyyat-kosmetika vasitələrinin üzərində yerləşdirilməsi məqsədilə 37 sahibkarlıq subyektinə fəaliyyətlərinin qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı məktublar göndərilib. Görülən tədbirlər nəticəsində sözügedən məhsullar üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.
İstehlak bazarında məhsulların düzgün etiketlənməsi və məlumatlandırmanın təmin edilməsi həm istehlakçı hüquqlarının qorunması, həm də bazarda intizamın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.