Yanvar-aprel aylarında sığorta bazarı 4 faizədək böyüyüb

2026.05.22 18:19 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində ölkənin sığorta bazarı üzrə 610,2 milyon manat sığorta haqları yığılıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 3,7 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk dörd ayına nisbətdə 31,6 faiz artaraq 304,3 milyon manat təşkil edib.