Lak-boya məmulatlarının istehsalında artım var

2026.05.22 18:40 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 13 563,2 ton lak-boya məmulatları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 32,5 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin mart ayına nisbətdə isə apreldə istehsal həcmində 42,9 faiz artım qeydə alınıb.

May ayının 1-nə hazır məhsul ehtiyatı 411,5 ton təşkil edib.