“TotalEnergies” şirkəti ilə qaz emalı zavodunun elektrik təchizatı müzakirə olunub

2026.05.22 09:57 (UTC+04:00)

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “TotalEnergies” şirkətinin idarəedici direktoru Emmanuel de Guillebon və SOCAR-ın vitse-prezidenti Babək Hüseynov arasında görüş keçirilib.

SOCAR-ın məlumatına görə, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, “Abşeron” qaz-kondensat yatağının ikinci fazası çərçivəsində nəzərdə tutulan qaz emalı zavodunun elektrik təchizatı müzakirə olunub.