Bakı Fond Birjasında hərrac keçirilib

2019.09.04 18:03 (UTC+04:00)

Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 50101976S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Birjadan verilən məlumata görə, istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 595.609.200 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26 faiz), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 2 oktyabr 2019-cu ildir.