Polad tökmə istehsalında artım var

2026.05.21 18:20 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesi üzrə 103,4 min ton polad tökmə istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 10,5 faiz çoxdur.

May ayının 1-nə hazır məhsul ehtiyatı 1,6 min ton təşkil edib.