Yanvar-aprel aylarında 87,9 milyon dollarlıq mis filizləri və konsentratları ixrac edilib

2026.05.21 13:28 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 87,9 milyon ABŞ dolları dəyərində 40,7 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,6 dəfə, həcm olaraq isə 7,9 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən dəyəri 1,121 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18 faiz üstələyir.

Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,84 faizə bərabər olub.