Azərbaycan 2015-2018-ci illərdə 135,5 milyon ton neft və qaz kondensatı ixrac edib

2019.09.04 17:34 (UTC+04:00)

Azərbaycan 2015-2018-ci illərdə 135,5 mln. ton neft və qaz kondensatı ixrac edib. Energetika Nazirliyindən verilən məlumata görə, ötən 4 il ərzində ən yüksək qaz ixracı göstəricisi 2015-ci ildə – 35,1 mln. ton, ən aşağı göstərici isə 2018-ci ildə qeydə alınıb – 32,6 mln. ton. Hesablamalara əsasən, son 4 il ərzində ölkədə neftin ixracı 7,1 faiz azalıb.

Ölkədən 2015-2018-ci illərdə ixrac edilən neftin və kondensatın 6 mln. tonu SOCAR-ın, 119,8 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun, 9,7 mln. tonu isə “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.