Yanvar-aprel aylarında Böyük Britaniya ilə ticarət dövriyyəsi 3,5 milyard dolları üstələyib

2026.05.20 10:26 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 7,4 dəfə artaraq 3,55 milyard dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 20,45 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi