Pakistanın Pəncab əyaləti ilə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr aparılıb

2026.05.19 17:28 (UTC+04:00)

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri xanım Məryəm Nəvaz Şərif ilə keçirilən görüşdə Azərbaycan - Pakistan strateji tərəfdaşlığını məmnunluqla vurğuladıq.

Ölkələrimizin iqtisadi sahədə əməkdaşlıq potensialının tam reallaşdırılması, Pəncab əyaləti ilə investisiya, ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi barədə müzakirələr apardıq.

Preferensial ticarət sazişinin biznes əlaqələrinin gücləndirilməsində rolunu və işgüzar münasibətlərin fəal dəstəklənməsini qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.