“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Əlaqəlilik mərkəzində olan şəhərlər: Şəhərlərin Yenidənqurulması və Regional Əməkdaşlıq" mövzusunda keçirilən xüsusi sessiyada yaşıl enerji, nəqliyyat, logistika və rəqəmsal infrastruktur vasitəsilə formalaşan strateji əlaqəliliyin şəhərsalma və regional inteqrasiyanı yeni mərhələyə daşıdığını vurğuladıq.
Bu yanaşma şəhərlərin inkişafını, iqtisadi transformasiyanı və dayanıqlılığı bir-biri ilə daha sıx şəkildə əlaqələndirir. Bu kontekstdə Azərbaycanın yenidənqurma və multimodal tranzit təşəbbüsləri davamlı artımı, iqtisadi inteqrasiyanı və iqlim dayanıqlığını gücləndirərək bu prosesə nümunə kimi çıxış edir”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.