Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 may 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.308 ədəd olub.
Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – aprel aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 182,2 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38,8 milyon manat və ya 27,1 faiz çoxdur.