Azərbaycanda 2008-2018-ci illərdə 480,3 milyon ton neft hasil olunub

2019.09.04 16:50 (UTC+04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan və "Şahdəniz" yatağından 2008-2018-ci illərdə 390,8 mln. neft və qaz kondensatı hasil edilib. Energetika Nazirliyindən verilən məlumata görə, ötən dövr ərzində AÇG neft-qaz blokundan 367 mln. ton neft çıxarılıb. Aparılan hesablamalara əsasən, son 11 ildə “Şahdəniz” qaz-kondensat yatağından 23,8 mln. ton kondensat hasil edilib.

Xatırladaq ki, Azərbaycanda 2008-2018-ci illərdə 480,3 mln. ton neft hasil olunub. Ötən dövr ərzində ən yüksək hasilat göstəricisi 2010-cu ildə qeydə alınıb – 50,8 mln. ton, ən aşağı göstərici isə (38,7 mln. ton) 2017-ci ilə təsadüf edir. Son 11 il ərzində Azərbaycanda neft hasilatı 12,8 faiz azalıb.