İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyini nəzərdən keçirərək iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər.
Müzakirələr zamanı qarşılıqlı investisiyaların təşviqi, biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
-----
10:33
“Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüşmək xoş oldu.
Azərbaycan - Slovakiya münasibətlərinin davamlı inkişafını və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri vurğuladıq. Ölkələrimiz arasında biznes əlaqələrinin gücləndirilməsi, qarşılıqlı investisiyaların fəal təşviqi, sənaye, ticarət, enerji, infrastruktur və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.