Alüminiumun ixrac göstəriciləri açıqlanıb

2026.05.19 13:28 (UTC+04:00)

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-aprel aylarında ölkədən 88,7 milyon ABŞ dolları dəyərində 26,6 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 31,2 faiz, həcm olaraq isə 16,1 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən dəyəri 1,121 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində alüminium ixracının xüsusi çəkisi 7,91 faizə bərabər olub.