Keniya ilə enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilib

2026.05.18 15:02 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb.

Neft Şirkətinin məlumatına görə, görüşdə Keniya Prezidentinə SOCAR-ın strateji hədəfləri, Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, insan kapitalının inkişafı, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.