İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında 2026-cı ilin birinci rübündə 19,3 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 faizdən çoxdur.
Agentliyin məlumatına görə, Sənaye Parkında ötən ilin birinci rübündə 7,4 milyon manatlıq məhsul ixracı həyata keçirilmişdisə, bu ilin müvafiq dövründə bu göstərici 78 faizdən çox artaraq 13,2 milyon manata çatıb.
Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.
Qeyd edək ki, Mingəçevir Sənaye Parkı dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkı tekstil sənayesi üzrə ixtisaslaşıb və pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr burada cəmləşib.