Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 3,7 faiz artıb

2026.05.15 16:48 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,1 milyard manatlıq, o cümlədən 11,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq, o cümlədən 272,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.