Mərkəzi Bank iqtisadi artıma dair proqnozlarını açıqlayıb

2026.05.15 12:16 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin may proqnozlarına əsasən, cari ildə real ifadədə iqtisadi artım tempinin ümumi ÜDM üzrə 1,1%, qeyri-neft-qaz ÜDM üzrə isə 3,2 faiz olacağı gözlənilir.

Bu barədə Mərkəzi Bankın “Pul siyasəti icmalı"nda bildirilir.

2027-ci ildə iqtisadi artım tempinin ümumi və qeyri-neft-qaz sektorları üzrə real ifadədə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz olacağı proqnozlaşdırılır.