Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 milyon manat) çox olmaqla 2,608 milyard manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.
Yanvar-aprel ayları ərzində 15 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 193 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.