Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirə təşkil olunacaq.
Sahibkarlar və maraqlı tərəflər tədbirə qoşulmağa dəvət olunur. Panel müzakirəsində, eləcə də WUF13 çərçivəsində keçiriləcək digər tədbirlərdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir: https://events.unhabitat.org/