2030-cu ilə qədər Azərbaycanın bank sektoru dayanıqlı və “yaşıl” layihələrə 2 milyard manat vəsait ayırmağı planlaşdırır.
Azərbaycan Mərkəzi Bankının "Dayanıqlı maliyyə hesabatı"na əsasən, artıq 2025-ci ildə bu istiqamətdə 344 milyon manat “yaşıl”, 27 milyon manat isə dayanıqlılıq kreditləri ayrılıb.
Statistikaya görə, maliyyələşmə strukturunda ekoloji təmiz nəqliyyat sektoru liderlik edir (201 milyon manat). Digər iki əsas pay isə kənd təsərrüfatı (49 milyon manat) və enerji səmərəliliyi sahəsinin (31 milyon manat) payına düşür.
Kredit məbləğlərinin digər istiqamətlər üzrə bölgüsü:
Bərpaolunan enerji - 24 milyon manat;
Su resurslarının dayanlıqlı idarə edilməsi – 18 milyon manat;
Dairəvi iqtisadiyyat və tullantıların idarə olunması - 15 milyon manat;
Yaşıl binalar və dayanıqlı tikinti - 3 milyon manat;
Çirklənmənin qarşısının alınması - 3 milyon manat.